adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Sentyabr 2014 11:04
6103
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan “Nurlu mələk” kinofestivalında təmsil olunacaq

Rusiyanın paytaxtı Moskvada noyabrın 4-8-də "Nurlu mələk” XI beynəlxalq xeyriyyə kino festivalının müsabiqə tamaşaları olacaq.

Adalet.az-ın məlumatına görə, festival Sosial-mədəni təşəbbüslər Fondunun prezidenti, Rusiya Federasiyası hökuməti baş nazirinin xanımı Svetlana Medvedevanın himayəçiliyi, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin mənəvi dəstəyi ilə keçirilir.

Tədbirdən məqsəd hazırda cəmiyyətdə xeyirxahlığa və mərhəmətə, istedada və müdrikliyə, səmimi yumora və romantikaya, pozitivliyə və alicənablığa olan böyük ehtiyacı göstərməkdir. "Nurlu mələk” kinofestivalı böyüməkdə olan nəsillər və onların valideynləri, gənclər və yaşlı insanlar üçün məhz belə filmlər toplayır.

Məhz bu konsepsiyanı nəzərə alan təşkilatçılar Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rejissor, rəssam Firəngiz Qurbanovanın istedadını və beynəlxalq animasiya cəmiyyətindəki nüfuzunu, misilsiz peşə təcrübəsini nəzərə alaraq onu kinofestivalda Azərbaycanı təmsil etməyə dəvət ediblər