adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Sentyabr 2014 10:43
4798
DÜNYA
A- A+

İŞİD-ə qarşı əməliyyatlara start verildi

ABŞ və koalisiya qüvvələri İŞİD terror təşkilatının Suriyadakı mövqelərini bombardman edib.Adalet.az-ın haberturk.com-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayıb. Suriyanın şimalında yerləşən, terrorçuların mərkəzi kimi tanınan Rakka şəhərində İŞİD-in 20-dən çox mövqeyinin vurulduğu bildirilir.

Pentaqondan verilən açıqlamada əməliyyat zamanı "Tomahavk” raketlərindən, "Predator” və "Reaper” pilotsuz təyyarələrindən istifadə olunduğu deyilir.

Əməliyyatlarda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və İordaniya da iştirak edib.