adalet.az header logo
  • Bakı 20°C
23 Sentyabr 2014 10:32
4628
MƏMLƏKƏT
A- A+

Hesablama Palatası yoxlama aparacaq

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan lent.az-a verilən məlumata görə, Kollegiyada bir sıra məsələlər müzakirə edilib.

İclasda Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilib.

Audit proqramı təsdiq olunub.