adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Sentyabr 2014 16:13
8423
MARAQLI
A- A+

Google-da əyləncələr

Google axtarış saytı birbaşa təyinatından əlavə istifadəçilərini əyləndirməyi də bacarır. Gərgin iş arası bir az əhval-ruhiyyənizi qaldırmaq istəyirsinizsə Adalet.az-ın sizin üçün topladığı Google zarafatlarını sınaqdan keçirin. Məsələn, ekranın karusel kimi fırlanmasını istəyirsinizmi? Elə isə "Do a barrel roll” yazın, ekranın hərləndiyini görəcəksiniz.

"Tilt” və ya "askew” yazın, Google səhifəsi yana əyiləcək.

"Google gravity” yazanda ekrandakılar yerçəkimi kimi yüksəklikdən aşağı düşəcək.

"Let it snow” (qar yağsın) yazarsanız, ekranda xırda qar dənələri yağmağa başlayacaq.

Bundan başqa bəzi maraqlı cavablarla da Google sizi əyləndirəcək. Məsələn: "What is the loniest number?” (Ən tənha rəqəm hansıdır?) sualına dərhal "1” cavabı gələcək.

"Where is Chuck Norris?” (Çak Norris haradadır?) yazanda isə daha təəccüblü cavab gəlir: "Siz Çak Norrisi axtarmayın, lazım olsa o sizi axtaracaq”.