adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

VAXT

VAHİD ƏLİFOĞLU
20832 | 2007-10-06 04:08
Yenə pencəyimi çiynimə atıb,
   
   gedirəm vaxtımı öldürüb gələm,
   
   sözümü deməyin zamanı çatıb-
   
   vaxta iradımı bildirib gələm.
   
   
   
   Vaxtım ölüb-itmir vaxtın içində,
   
   baxtla yola getmir baxtın içində,
   
   görərsən çöp kimi axdın içidə,-
   
   gedirəm, baxtımı güldürüb gələm.
   
   
   
   Bir çılğın misraya sıxılıb qələm,
   
   bir dəli sevdaya yıxılıb qələm,
   
   vaxt qoya, br yolluq ya ölə biləm,
   
   ya da, günahları sildirib gələm...
   
   
   
   KOROĞLUNU

TƏQVİM / ARXİV