adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2014 14:11
16624
MƏMLƏKƏT
A- A+

Sumqayıt şəhərinin 65 illiyi qeyd olunacaq

Sentyabrın 23-də Sumqayıt şəhərinin 65 illiyi əlaqədar "Şəhər Günü” keçiriləcək.  Şəhər gününə bir gün qalmış milli geyimli atlı carçılar, motosikletçilər şəhərin küçələrini gəzərək sakinləri və şəhərin qonaqlarını bayram tədbirlərinə dəvət edəcəklər. Bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və Bayraq meydanında davam etdiriləcək. Coratda qala divarları tikilib, qədim gəmi səhnəsi qurulub, bazar meydanı açılıb. Bununla belə həmin ərəfədə qədim toplardan atəş açılacaq, bayram üçün xüsusi hazırlanmış dünyanın ən nəhəng Corat qutabı və uzaq keçmişdə Qafqaz Albaniyasında olmuş Roma sərkərdəsi Pompey öz qoşunu ilə bayrama qatılacaq.

Tədbirlər axşam geniş bayram konserti və əsrarəngiz atəşfəşanlıqla başa çatacaq.