adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Sentyabr 2014 11:06
4029
MƏMLƏKƏT
A- A+

Ağdamda avtomobil yolu bərpa edilir

Prezidentin sərəncamına əsasən avtomobil yolunun təmir- bərpa işlərinə 3 milyon 200 manat vəsait ayrılıb.

10 kəndi və 4 qəsəbəni birləşdirən Quzanlı-Üçoğlan, Xındırıstan və Səfərli avtomobil yolunda təmir-tikinti işləri aparılır. 

Uzunlugu 14 kilometr, eni 10 metr olan yolda son bərkitmə işi gedir.

Üçoglan kənd bələdiyyə sədri Həsrət Səfərov yolun bərpasının kənd sakinlərinə ciddi faydası olacağını bildirib:

"Yolların pis olmasi sakinləri mənzil başına çatmasında da vaxt itkisi yaradırdı. Belə ki, rayon mərkəzinə getmək üçün 1 saat vaxt sərf edirdilərsə indi 15-20 dəqiqəyə bu yolu qət edəcəklər”.