adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Sentyabr 2014 20:45
3750
GÜNDƏM
A- A+

Prezident Dövlət Departamentinin xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Dövlət başçısı Azərbaycanla ABŞ arasında energetika sahəsində uzun illər səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirdi, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrə Birləşmiş Ştatlar hökumətinin verdiyi dəstəyin önəmini qeyd edib.

 

"Cənub” qaz dəhlizi layihəsinin böyük regional əhəmiyyət daşıdığını vurğulayan Amos Hokstayn layihənin təməlqoyma mərasimi münasibətilə prezident İlham Əliyevi təbrik edib.

 

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.