adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Sentyabr 2014 20:24
3531
SİYASƏT
A- A+

Azərbaycan AVRONEST PA-nın iclasından imtina edir

16 oktyabr 2014-cü ildə Brüsseldə AVRONEST PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

AvroNest PA-da Azərbaycan  nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro  üzvlərinə  etiraz məktubu ünvanlayıb.  Adalet.az həmin məktubu olduğu kimi təqdim edir.


AVRONEST PA həmsədrlərinə, AVRONEST PA Büro üzvlərinə,

Hörmətli həmsədrlər, hörmətli həmkarlar, 

Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü  illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın  növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir.  Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf  7 rayonunun əraziləri  işğaldan azad edilməyənədək, Sərsəng su anbarının  22 ildən artıq işğal altında qalması nəticəsində  Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan  qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və  komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir.