adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Sentyabr 2014 20:12
7781
HADİSƏ
A- A+

Yuxarı Şirvan kanalı can aldı

 Bakı sakini Rəsulov Fuad Faiq oğlu Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib.

Hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb. 1987-ci il təvəllüdlü Fuad Rəsulov dostları ilə Qazax rayonunda keçirilən qız toyundan qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. O kanalda çimən zaman boğularaq dünyasını dəyişib. Onun meyitini sudan tapıb çıxarmaq hələlik mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.

Ölən şəxsin qohumu Hidayət Carçıyev bildirib ki, Fuad Rəsulov spirtli içki qəbul edən olmayıb və onun bu soyuq havada, yağışlı-yağmurlu havada çimməyə getməsi və boğularaq ölməsi inandırıcı hesab olunmur. O, bu hadisədə şübhəli məqamların olduğu bildirir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır