adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Sentyabr 2014 13:08
4625
HADİSƏ
A- A+

Söyüş üstündə dava

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib. 

Hadisə rayonun Hamaraqışlaq kəndində baş verib.

Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Ceyhun Habil oğlu Hüseynov həmkənlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərəçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub.

Belə ki, aralarındakı mübahisəni həll etmək Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyyəsinə bir neçə zərbə vurub. Daha sonra hadisə yerindən uzaqlaşıb.

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyyəsindəki yaralara tikiş vurublar. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub.

Hazırda qimən səhhəti nomallaşsa da Ceyhun sərbəst danışa bilmir.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aprılır.