adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2014 12:59
4324
GÜNDƏM
A- A+

ABŞ-dan təbrik məktubu

ABŞ Dövlət Katibi Con Kerri Azərbaycanı Əsrin Kontraktının imzalanmasının 20 illik ildönümü ilə münasibəti ilə təbrik edib və "Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində onun məktubu oxunub. Məktubun mətnini ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb. Təbrik məktubunda deyilir: 


"Hörmətli cənab Prezident,

Mən Əsrin Kontraktının 20-ci ildönümü və Cənub Qaz Dəhlizi lahiyəsinin başlanması münasibəti ilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm.

Qərbin keçmiş Sovet İttifaqı ərazisində yatırdığı birinci mühüm sərmayəni təmsil edən Əsrin Kontraktı tarixi bir hadisə oldu. Son 20 il ərzində Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafı, Avropa və dünyanın enerji təhçizatına töhfə vermək səyləri göstərən və həmçinin güclü və müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli tərəfdaşlıq etmişdir. Bakı-Tiflis-Ceyhan boru xəttinin inşası sayəsində Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birinci enerji bəndi yaradaraq dünya bazarlarının mühüm neft təhçizatçısına çevrilmişdir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təhçizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək.

Son iki onillik ərzində Azərbaycan və Birləşmiş Ştatlar birgə işləyərək bir sıra uğura imza atmışlar. Əsrin Kontraktı bizə gələcək naminə birgə işlədiyimiz halqa nəyə qadir ola biləcəyimizi xatırladır. Geniş səpkidə təmsil olunan fəaliyyətlər var ki, birgə işləyərək uğura nail ola bilərik. Bunlar enerji sahəsində inkişafın davam etdirilməsi, Şərq-Qərb ticarət dəhlizinin yaradılması, terrorçuluğa qarşı aparılan mübarizədə etdiyimiz əməkdaşlıqkimi işlərdir. Həmçinin bu sıraya demokratik inkişaf da daxildir. Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk Müsəlman dövləti olaraq insan haqqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır. Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür.

Birləşmiş Ştatlar sözügedən məqsədlərin əldə olunması üçün Siz və Sizin hökumətlə işləmək niyyətindədir. Yenidən, bu kimi vacib olan ildönümü münasibəti ilə Sizə ən səmimi təbriklərimi çatdırıram”.