adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Sentyabr 2014 12:24
4185
SİYASƏT
A- A+

Müsavat yer tapdı pul tapmır

Müsavat Partiyası qurultayın harada keçirilməsi ilə bağlı danışıqları davam etdirir. Hökümətin təklif etdiyi Əmircandakı Mədəniyyət Evi hər saat üçün 220 manat istəyib. 


Partiyanın sədr müavini Gülağa Aslanlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, şadlıq sarayları onlarla görüşməkdən qaçır: "Dünən biz Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə məktub göndərdik. Artıq qəbul ediblər və sentyabrın 22-si səhər saat 10 üçün mən özüm ora gedəcəyəm. 

Şadlıq evləri ilə olan cəhdlərimizə heç biri müsbət cavab verilməyib. Biz onlara Bakı Şəhər İcra Hakimiyyətinin məktubunu da təqdim edirik. Müxtəlif bəhanələrlə onların rəhbərliyi bizlə danışıqlara çıxmır. Administratorlar da eyni sözlərlə müxtəlif bəhanələr gətirir. Dolayısı yolla bu məsələnin baş tutma ehtimalının az olduğunu bizə bildirirlər”. 

G.Aslanlı qeyd edib ki, müqavilə şərtləri uyğun olsa, birinci gün razılaşma reallaşa bilər: "Zalda şüarların yerləşdirilməsinə sərbəstlik verilməlidir. Amma hələ ki, müqavilə bizə təqdim edilmədiyi üçün digər şərtləri bilmirik. Pulla bağlı isə vəziyyət biabırçıdır. 

Biz müqavilənin imzalayandan sonra razılaşma reallaşacaq. Həftənin 1-ci günü ola bilər ki, müqavilə təqdim edilsin. Şərtlər uyğun olarsa, sentyabrın 22-də müqavilə imzalanacaq”.

Qeyd edək ki, Müsavat partiyası qurultayını sentyabrın 27-ə təyin edib.