adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2014 12:18
8256
KRİMİNAL
A- A+

Əmircanda narkotika əməliyyatı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Hacıağayevin Q.Qarayev küçəsindəki evindən 2 kiloqramdan artıq marixuana tapılıb.

Onun həyətindən isə 6 ədəd, ümumi çəkisi 350 qram olan çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.