adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Sentyabr 2014 12:04
4092
SİYASƏT
A- A+

Türk diplomatlar Şanlıurfada

Bir müddətdir girov saxlanılan türk diplomatlar Şanlıurfa aeroportuna gətirilib.

Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı tərəfindən azad edilən 49 girov hava limanına 3 avtobusla aparılıb.

Türkiyə baş naziri Əhməd Davudoğlunun Azərbaycandan gəlişini gözləyən diplomatlar bir müddətlik aereportda saxlanılır. Diplomat və ailələri Davudoğlu ilə hava limanında görüşəcək.

Qeyd edək ki, artıq Davudoğlu Azərbaycandakı rəsmi səfərini yarımçıq qoyaraq Türkiyəyə yollanıb. Yaxın bir neçə saat ərzində görüşün baş tutması gözlənilir.