adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

SOLğUN BAYRAM

15448 | 2007-10-06 04:50
Pedaqoji Universitetdə işləyən bir müəllimə tanıyıram. Elmi dərəcəsi də var. Nəqlinə görə, bir dəfə Universitetdə müəllim heyətinin beynəlxalq konfransı keçirilib. Dünyanın bir sıra ölkələrindən ali təhsillərdə çalışan müəllimlər gəlib. Konfransda dünya standartlarına uyğun təhsil sistemi haqda məlumatlar səslənib. Və nəhayətdə elan edilib ki, Azərbaycanda da bütün bunlar tətbiq ediləcək. Həmin bu müəllimə xanım, yanında əyləşən türkiyəli müəllimə xanımdan sözgəlişi aylıq məvacibləri haqda soruşanda cavab belə olub: Elmi dərəcəsi olmayan təxminən 3000$ maaş alır. Bizimki də utandığından qarşı tərəfin eyni sualına cavab verməkdən birtəhər yayınıb. Ürəyində düşünüb ki, təhsil beynəlxalq tələblərə cavab vermək istədiyi halda, onu icra edən niyə yerində addımlayır? Maraqlı sualdır.
   
   Əlbəttə, qəfildən Azərbaycan müəlliminə 3000$ maaş versən ürəyi partlayar. Pulu tədricən, qırıq-qırıq vermək lazımdır ki, öyrəşə bilsin. Ancaq adamı "nə vaxtsa 3000$ pul alacaqsan" deyə 3000 il gözlətmək də yaxşı deyil.
   
    "Müəllim Allah deməkdir". Rəfiqəm belə deyir. Rəfiqəm riyaziyyatçıdır. İstənilən müəllim, məktəb, təhsil mövzusu ilə bağlı söhbətlərdə oxuduğu Lənkəran 1 saylı orta məktəbdə işləmiş sevimli müəlliminə rəhmət diləyir. Riyaziyyatı ona sevdirən Surxay müəllimindən danışır. Surxay müəllimi o qədər çözür, o qədər təhlil edir ki, axırda mən də ona rəhmət diləyirəm. Deyir ki, o rəhmətlik törəməni izah edəndə şagirdlərə nəsil artımını, nəsil davamını misal gətirərdi. O, törəmə dərslərində bizə kimliyimizi, hardan yarandığımızı, irsin insan həyatında önəmini öyrədərdi. Belə sevdirərdi Surxay müəllim riyaziyyatı bizə.
   
   

TƏQVİM / ARXİV