adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NƏ VAR, NƏ YOX, MüƏLLiM?

OQTAY SALAMOV
29430 | 2007-10-06 04:07
Belə sərbəst, familyar ərklə müraciət elədiyim üçün güman edirəm ki, inciməzsən. Çünki artıq öyrəncəlisən, sənə çoxdandır "siz" deyənlər yoxa çıxıb. Narahat olma, hansı vəzifəliyə, kreslo sahibinə yaraşdı-yaraşmadı "siz" deyilsə də dünyanın və hamımızın xaliqi olan Allaha da "sən" deyə müraciət edirlər. Bunu sənə təsəlli üçün deyirəm, çünki əslində bu günə düşməyində sənin də günahların çoxdan bir az da çoxdur.
   
   Bu gün sənin bayramındır. Bilirəm ki, təbrik də gözləyirsən, hədiyyə də. Haqqın da var gözləməyə.

TƏQVİM / ARXİV