adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Sentyabr 2014 17:26
4125
SİYASƏT
A- A+

Bolqarıstan prezidenti ölkəmizə rəsmi səfərə gəlib

  Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliev sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib.
 Adalet.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan prezidenti Rosen Plevnelievi hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar