adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Sentyabr 2014 16:01
3827
MƏMLƏKƏT
A- A+

Tarix İnstitutu elmi Şura keçirib

AMEA-nın Əsas Binasının ikinci mərtəbəsindəki zalında "Əsrin müqaviləsi”nin bağlanmasının 20 illiyinə həsr olunmuş AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Şurada xalqımızın tarixi taleyində mühüm rol oynamış "Əsrin  müqaviləsi”nin bağlanması prosesində yaşanmış tarixi proseslərin təhlilinə geniş yer verilib. Şurada, həmçinin t.ü.f.d. Ərəstun Mehdiyevin "Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” monoqrafiyasının təqdimatı keçirilib. Monoqrafiyada "Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirən amillər, Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında danışıqlar prosesinin mərhələləri və tərəflərin mövqelərinin uzlaşdırılması sahəsində meydana çıxan problemlər, Azərbaycanın bölgədəki müxtəlif geosiyasi maraqların tarazlaşdırılması və öz mənafelərini qorumaq üçün göstərdiyi səylər, habelə müqavilənin əsas müddəaları sistemli şəkildə araşdırılır və təhlil olunur. İclasda çıxış edən Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin uzaqgörən düşüncəsinin məhsulu olan "Əsrin müqaviləsi”ni dünyanın nüft diplomatiyası tarixində böyük dönüş, ağlasığmaz qələbə adlandırdı. Yaqub Mahmudov müqavilənin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dünyaya tanıdılmasında olduqca mühüm addım olduğunu qeyd edib