adalet.az header logo
  • Bakı 13°C
19 Sentyabr 2014 15:07
3213
MƏMLƏKƏT
A- A+

“Öz gözümlə gördüm, pul paylayırdılar” - Millət vəkili

"Azərbaycan Avropanın qulu ola bilməz" 

Adalet.az xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müaviniYevda Abramov Avropa Parlamentinin Azərbaycanı islahatlara çağırmasını şərh edərkən belə deyib. Deputatın AzadlıqRadisouna söylədikləri qısa olub: «Azərbaycan Avropa ölkələrinin diktəsi ilə oturub-dura bilməz. Avropa əvvəlcə özünə baxsın, öz ölkəsində gedən proseslərə baxsın, sonra Azərbaycandakı vəziyyətə qiymət versin. Bu Avropanın standartları sizə məlum deyil? Avropa Azərbaycanda demokratiya istəyirsə birinci növbədə Ermənistanı işğalçı adlandırsın, Qarabağı qaytarsın, ondan sonra mitinq istəsin».

Avropa Parlamenti Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib.

Yevda Abramov isə buna cavab olaraq deyib: «Azərbaycanda mitinq edən var ki? Mitinqi kim etsin? Azərbaycanda bir müxalifət var ki, mitinq də edə bilsin? Mitinq edəndə öz gözümlə gördüm «Qələbə» kinoteatrının yanında pul paylayırdılar. Qızlar dedilər ki, pul vermədilər iki toyuq alaq balalarımıza yedirdək. Qurtarın bu məsələləri».

Bunları dedikdən sonra Yevda Abramov başqa sualları gözləmədən telefon söhbətinə son verib.