Bakının 2 tikinti obyektində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən
"Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə,
habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə
araşdırılması məqsədilə bu
gün yoxlamalar aparılıb.
Adalet.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, yoxlamalar
zamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan
işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin
baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi,
əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir
şəraitdə işlədikləri aydın olub.
Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin
mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə
vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar.
Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri
rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların
əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən
edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Azərbaycan Respublikasının
Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, bu tikinti obyektlərində işlər
nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, əməyin
mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin
qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə
müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər iş yerlərində əmək
qanunvericiliyinə əməl olunması, o cümlədən əməyin mühafizəsi sahəsində müsbət
meyllərin formalaşmasına səbəb olub. Bu istiqamətdə həyata keçirilən tədbirlərin
davamı kimi, sentyabrın 15-dən 21-dək "Təhlükəsiz iş həftəsi”nin elan edilməsi
ayrı-ayrı iş yerlərində, o cümlədən tikinti sektorunda əməyin mühafizəsi
qaydalarına əməl olunması sahəsində hələ də mövcud olan nöqsanların aradan
qaldırılmasına yönəlib.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16