adalet.az header logo
  • Bakı 17°C
19 Sentyabr 2014 13:56
3709
HADİSƏ
A- A+

Gəncədə 2 yaşlı uşağın əli amputasiya edildi

2 yaşlı uşağın əli işlək vəziyyətdə olan ətçəkən maşında qalıb 

Gəncədə bədbəxt hadisə baş verib.

 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 2012-ci il təvəllüdlü Hüseynov Əkbər Qərib oğlu sağ qolunun sağ saidin xəsarəti ilə xəstəxanaya daxil edilib.

 

Araşdırma zamanı məlum olub ki, 2 yaşlı uşaq evdə ehtiyatsızlıqdan sağ əlini işlək vəziyyətdə olan ətçəkən maşına salıb. Xəstəxanaya çatdırılan uşağın sağ əlinin sağ saidinin 1/3 hissəsi amputasiya edilib.