adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2014 12:53
2962
MƏMLƏKƏT
A- A+

Ən çox yağıntı düşən rayonlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son 2 sutka ərzində ən çox yağıntı düşən rayonların adını açıqlayıb. Departamentdən Lent.az-averilən məlumata görə, Astarada 51 mm (aylıq normanın 27 faizi), Göygöldə 36 mm (aylıq normanın 94 faizi),Qəbələdə 23 mm (aylıq normanın 29 faizi), Kişçayda (Şəki) 22 mm (aylıq normanın 32 faizi), Tərtərdə 20 mm(aylıq normanın 80 faizi), Yardımlıda 18 mm (aylıq normanın 23 faizi) yağıntı qeydə alınıb.


Sentyabrın 18-də gecə Nabranda (Xaçmaz rayonu) 9 saat ərzində 38 mm yağıntı düşüb, bu da aylıq normanın 116 faizini təşkil edir.

Lənkəran-Astarada düşən yağıntının miqdarı 4-14 mm, Böyük Qafqazda 4-13 mm, Mərkəzi Aran rayonlarında 1-7 mm, Qazax-Gəncə zonasında 3-10 mm, Naxçıvan MR-da 0.4-1 mm olub.

Sentyabrın 17-si Bakı şəhərinin bəzi ərazilərində az miqdarda yağmurlu hava şəraiti müşahidə olunub. Sentyabrın 18-i səhər isə yağış qeydə alınıb.

Böyük Qafqazın, Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub.