adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

üç PÖHRƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
32982 | 2007-10-05 05:46
Öncə onu deyim ki, xatiri mənim üçün əziz olan insanlardan biri telefon danışığımız zamanı maraqlı bir fakt söylədi. Bildirdi ki, onunla qonşuluqda yaşayan bir ailədə üç oğul böyüyüb və üçü də hal-hazırda Azərbaycan Ordusunda xidmət edir. Açığını deyim ki, faktın özü dərhal məndə bir maraq yaratdı, bir az da dəqiq ifadə etsəm, indiki məqamda belə bir faktın mövcudluğu həm təəccüb, həm də sevinc doğurdu və...
   
   Xatirələr əlimdən tutub məni xeyli uzaqlara - Milli Ordunun yarandığı ilk günlərə, özünümüdafiə dəstələrindən könüllülərə, oradan da ilk həqiqi hərbi hissələrə, onların səngərlərinə, kazarmalarına çəkib apardı. Yadıma gözümün önündə Milli Ordunun formalarını geyinən neçə-neçə tanış sifətlər düşdü. Elə buradaca onu da əlavə edim ki, ordumuzda könüllü xidmət keçmiş ilk hərbi jurnalistlərdən biri kimi mənim ordu ilə, onun formalaşması ilə bağlı, döyüş yolu ilə bağlı canlı və həm də mənimlə birlikdə yaşayan çoxlu xatirələrim, bilgilərim var. Bunlar öz yerində və mən bu bilgiləri, xatirələri yeri düşdükcən ara-sıra "Ədalət"in oxucularına da təqdim edirəm. Nə isə...
   
   Bu gün hər bir ailənin bu və ya digər formada ordumuzla, əsgərlərimizlə əlaqəsi, bağlılığı var. Bizim ailənin bir övladı Kosovada sülhməramlı missiyasını yerinə yetirir. Başqa birisi də məmləkətin özündə, Boz Dağın yaxınlığında "N" saylı hərbi hissədə kişilik məktəbi keçməkdədi. Ülfətin məmləkətdən uzaqdakı xidməti də, Arazın məmləkət daxilindəki qulluğu da bizim üçün sevindirici və qürur gətirəndi. Bax, elə həmin sevincdən, qürurdan çıxış edərək gözümün qarşısına ordunu, əsgərlərimizi, onların xidmətlərini gətirirəm və...
   
   Qarşımda bir foto var. Buradan mənə üç bir-birinə bənzəyən, eyni zamanda baxışlarından, duruşlarından gənclik nuru tökülməklə yanaşı, bir kişi qeyrəti, kişi dəyanəti də boylanır. Açığı, baxdıqca adam bu baxışlardan çox şeylər oxumaq istəyir. Səmimi deyəcəm, ha çalışdım bu gözlərdən anaya, ataya qüssə gətirəcək heç nə tapa bilmədim, əksinə, elə bil ki, bu övladlar öz baxışları ilə, öz duruşları ilə valideynlərinə, onların yolunu gözləyənlərə "

TƏQVİM / ARXİV