HADiSƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
31624 | 2007-10-04 04:35
Məni qınamayın içində yaşadığımız bu əsr çox qəribə, bir az obrazlı desəm əjdaha ağızlı, qurd ürəklidi. Yəni bu əsrin elə bir günü olmur ki, dünyanın harasındasa nəsə baş verməsin. Bilmirəm, mən keçən əsrdən gəlib keçmişəm, yoxsa bir az anlayışlarım məhduddur, ancaq sözün həqiqi mənasında bu əsrin hadisələrlə zəngin olması adamda bir üşütmə yaradır. Baxırsan, görürsən, düşünürsən, amma baş aça bilmirsən. Baş aça bilmirsən ki...
   
   Bu əsrin adı neçənci minillik olmasından asılı olmayaraq mənim üçün artıq konkret, yəni bütünlüklə ölçülüb-biçilmiş adı müəyyənləşib. Bu, hadisələr əsridir, yəni HADİSƏ - hər kəsin gözləmədiyi, ancaq hər kəsin içərisində olduğu hadisə...
   
   Deməli belə, dünyanın heç yerində hadisələr bir-birini təkrarlamır, olsa-olsa oxşar və yaxud uyğun gəlir. Ancaq Azərbaycan adlanan bu məmləkətdə baş verən hadisələr analoqsuzdur. Loru dildə desəm, nə oxşarı var, nə bənzəri, nə də tay-tuşu, həmcinsi. Belə ki, lap elə bu günlərdə Binəqədi polisi bir dələduzluq faktının üstünü açıb və məlum olub ki, sən demə, özünü kişi kimi təqdim edən bir qadın öz həmcinsi ilə hətta evlənmək eşqinə də düşüb. Nədi-nədi, evlənmək istədiyi dul qadının babat pulu var, evi var və s. Və götürüb atasını, analığını və digər bir neçə qohumunu, hətta qız evinə elçi də göndərib, nişan da taxdırıb. Əməlli-başlı üzük-filan, şəkillərin çəkilməsi, gül dəstələri və s. Hətta "bəy" yataq məsələsini də çox orijinal fikirləşib. Bunun özü də hadisədi. Efirdən şax üzümüzə dedi ki, burda nə var ki, yataqda o məsələdə protezdən istifadə edəcəkdim. Lakin qismət olmadı...

TƏQVİM / ARXİV