adalet.az header logo
  • Bakı 21°C
18 Sentyabr 2014 18:35
4157
GÜNDƏM
A- A+

Elmar Məmmədyarov Monteneqronun baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun baş naziri Milo Cukanoviç ilə görüşüb. XİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüş əsnasında E. Məmmədyarov Azərbaycanla Monteneqro arasında əlaqələrin sürətlə inkişaf etdiyini və qısa müddət ərzində ikitərəfli əməkdaşlıqda böyük uğurlara imza atıldığını deyib.

M. Cukanoviç ölkələr arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edərək, Azərbaycan prezidenti və baş naziri ilə məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırıb. Siyasi səviyyədə iki ölkə arasında qarşılıqlı anlaşmanın olduğunu söyləyən qonaq, iqtisadi əlaqələr və investisiyaların yatırılması sahəsində Azərbaycanla Monteneqro arasında sıx əməkdaşlığın olmasını məmnuniyyətlə qeyd edib. İki ölkə arasında müqavilə-hüquq bazasının genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli şəkildə fəaliyyət göstərdiyini vurğulayan M. Cukanoviç bu gün təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin humanitar sahədə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını bildirib.

Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.