adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Sentyabr 2014 17:10
3867
HADİSƏ
A- A+

Ölkənin 5 bölgəsində yanğın baş verib

Ötən gecədən bu səhər saat 09:00-a kimi Azərbaycanın beş bölgəsində yanğın hadisəsi qeydə alınıb. Adalet.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, qurumun yanğından mühafizə idarəsinin əməkdaşları Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 24 kv.m olan qarajda baş vermiş yanğını söndürərək yaxınlıqda olan tikililər, avtomobillərə keçməsinin qarşısını alıblar.

Bundan başqa Ağdamın Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan evdə, Qusarda 400 kv.m-lik mağaza anbarında, Ağcabədi rayonunun Pərioğlular kəndində fərdi təsərrüfatda, Masallı rayonunun Qodman kəndində isə 240 kv.m-lik inzibati binada baş vermiş yanğınlar söndürülüb.

Yanğın zamanı insan tələfatı qeydə alınmayıb.