adalet.az header logo
  • Bakı 18°C
18 Sentyabr 2014 15:54
6469
DÜNYA
A- A+

Jirinovski Bakı səfərini ertələdi

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Bakıya səfər etməyəcək. 

Bunu Avropa.info-ya açıqlamasında Jirinovskini Bakıya dəvət edən Türkdilli  Dövlətlərin Siyasətinə Dəstək fondunun rəhbəri Nüsrət Məmmədov deyib. Nüsrət Məmmədovun dediyinə görə, fondun Moskvadakı nümayəndəliyi bu gün Jirinovskinin mətbuat  xidməti  ilə əlaqə saxlayıb və məlum olub ki, hələlik  LDP sədrinin Bakıya səfəri planlarına daxil deyil.  
"Jirinovskini Bakıya ilk olaraq biz dəvət etmişdik. Lakin sonradan məlum oldu ki, onu Azərbaycanda başqa qurumlar da Bakıya dəvət edib. Bizim fondun Moskva nümayəndəliyinin rəhbəri Qriqori Naxapetov bu gün Jirinovskinin mətbuat xidməti ilə əlaqə saxlayıb və oradan bildiriblər ki, LDP sədrinin Bakı səfəri hələlik planlarına daxil deyil". 
Qeyd edək ki, bir neçə gündür yerli mətbuatda Rusiya Liberal Demokrat Partiyasının sədri, Azərbaycanla bağlı qərəzli mövqeyi ilə seçilən Vladimir Jirinovskinin Bakıya səfər edəcəyi barədə məlumatlar yayılmaqdadır.