adalet.az header logo
  • Bakı 11°C
18 Sentyabr 2014 15:10
4807
MƏMLƏKƏT
A- A+

Hərbi təlimlərinin növbəti mərhələsi keçirilib - Fotolar

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.


Təlimlər sentyabrın 20-dək davam edəcək.