adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Sentyabr 2014 13:51
3549
GÜNDƏM
A- A+

Alçaq və ədəbsiz qəzet

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan «Nyu-York Tayms» qəzetinə bərk əsəbləşib. Türkiyənin dövlət başçısı keçirdiyi bir toplantıda Türkiyə ilə terroru eyni yerə qoyan «Nyu-York Tayms» qəzetinə qarşı alçaq və ədəbsiz ifadələr işlədib.

Türkiyə dövlət başçısının işlətdiyi ifadələr səbəbsiz deyil. Aydın məsələdir ki, «Nyu-York Tayms» qəzeti erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Məhz Türkiyə prezidentinin hədəf seçilməsi də erməni başbilənlərinin sifarişi əsasında həyata keçirilib.

Sözügedən KİV orqanı Türkiyə ilə yanaşı Azərbaycana qarşı qərəzli məlumatlar yaymaqdadır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Məhz özünü demokratik ölkə adlandıran ABŞ-ın mətbuat orqanı Azərbaycanın uğurlarını kölgə altına alaraq hər zaman şər və böhtan dolu məqalələr işıqlandırır.