adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2014 12:56
9171
MƏMLƏKƏT
A- A+

Fazil Məmmədov Zaqatalada vətəndaşları qəbul edib

Vergilər naziri Fazil Məmmədov Zaqatalada vətəndaşları qəbul edib.

apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğunolaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbulu çərçivəsində vergilər naziri Fazil Məmmədov Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında Zaqatala, Balakən, Qax rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edilib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razı qaldıqlarını bildiriblər.