adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Sentyabr 2014 12:26
5643
DÜNYA
A- A+

Obama Böyük Britaniyanın parçalanmasından narahatdır

ABŞ prezidenti Barak Obama referendum yolu ilə Şotlandiyanın Böyük Britaniyadan ayrılması ilə bağlı fikrini bildirib. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Obama öz fikrini "Ağ ev”in rəsmi Twitter hesabından yayımlayıb. 


"Böyük Britaniya ABŞ üçün müstəsna bir müttəfiqdir. Dəyişən, qeyri-sabit dünya üçün xeyirxah bir qüvvədir. Ümid edirəm ki, Böyük Britaniya bütöv, möhkəm və güclü dövlət olaraq qalacaq”, - deyə ABŞ prezidenti bəyan edib.

 

(Orijinalı: " The UK is an extraordinary partner for America and a force for good in an unstable world. I hope it remains strong, robust and united”. BO - The White House (@WhiteHouse)

 

Analitik şirkət olan TOPSY kompaniyası diqqətə çatdırır ki, Barak Obama nadir hallarda şəxsən özü tvit yazır. Son yarım ildə Obama cəmisi 17 tvit yazıb. Bunu tvitin sonundakı BO, yəni Barak Obama imzasından da bilmək olar.


Xatırladaq ki, bu gün Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması ilə əlaqədar referendum keçirilir. Əgər çoxluq Şotlandiyanın müstəqilliyinə səs versə, həmin ölkə 2016-cı il, martın 24-də Krallığın tərkibindən ayrılacaq.