adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Sentyabr 2014 11:50
5579
HADİSƏ
A- A+

Sərnişin avtobusu ağır qəzaya düşdü - 5 nəfər xəsarət alıb - Yenilənib

Bakıda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan bəzilərinin adları məlum olub.

Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.

O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

***


Hadisə şahidlərinin verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.

188 saylı marşrut üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu ilə "Ford” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.






apa