adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2014 11:27
7755
KRİMİNAL
A- A+

Ananın oğluna narkotik ötürmək cəhdi baş tutmadı

Ağdamlı qadın tortun içində Bakıda həbsxanada olan oğlu üçün narkotik vasitə keçirməyə cəhd edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ceyhun Ələkbər oğlu İsgəndərovun yanına qısamüddətli görüşə gəlmiş anası, Ağdam rayonu, Şıxbabalı kəndində yaşayan vətəndaş Zöhrə Hidayət qızı Axundovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gətirdiyi tortun kartonunda xüsusi üsulla su çöpünün içərisinə yerləşdirilərək gizlədilmiş xalis çəkisi 0,484 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ceyhun İsgəndərov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.