adalet.az header logo
  • Bakı 17°C
18 Sentyabr 2014 10:47
15145
KRİMİNAL
A- A+

Avtomatla vurdular - ölən və yaralanan var

Tanışını avtomatla güllələyib

Şəmkir rayonunda baş vermiş silahlı insidentin təfərrüatı məlum olub. Vesti.az-ın xəbərinə görə, 32 yaşlı Nazim Abbasov və 26 yaşlı Rəşad Məmmədov arasında mübahisə hələ onlar Rusiyanın Rostov şəhərində kiçik bizneslə məşğul olan zaman yaranıb. Tərəflər görüşərək problemi birdəfəlik həll etmək qərarına gəliblər.

Təxminən, axşam saatlarında Kür qəsəbəsindəki Soyuqbulaq adlı yerdə görüşüblər. Rəşad Məmmədov Soyuqbulağa dəstə ilə gəlib.

Şəmkir rayon polis idarəsindən bildiriblər ki, N.Abbasov R.Məmmədova Kalaşnikov avtomatından atəş açıb. Kriminalistlər mərhumun bədənində beş güllə yarası aşkarlayıb.
*****
10:15

Şəmkirdə silahlı insident olub.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakinləri, 1982-ci il təvəllüdlü Nazim Abbasovla 1985-ci il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı odlu silahdan istifadə edilib. Nəticədə R. Məmmədov aldığı güllə yarasından dünyasını dəyişib. N. Abbasov isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır