adalet.az header logo
  • Bakı 20°C
18 Sentyabr 2014 10:46
9858
SİYASƏT
A- A+

Vasif Talıbov sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.  


Sərəncamda deyilir.

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərmişdir Onun yaratdığı məktəblərAzərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Böyük pedaqoq Məhəmməd Tağ Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində yaşadığı evdə muzeyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.