adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2014 10:42
5048
HADİSƏ
A- A+

Bakı metrosunda faciəvi hadisə

Bu gün səhər Bakı metrosunda ölüm halı baş verib.Adalet.az-ın "anspress”-ə istinadən verdiyi xəbərə görə, "Koroğlu” stansiyasında 62 yaşlı Bakı sakini Nazim Ağakamil oğlu Seyidbəylinin halı qəfil pisləşib.

Dərhal onu platformaya çıxarıblar. Hadisə yerinə təcili yardım həkimləri çağırılsa da, çatana qədər kişi dünyasını dəyişib.İlkin ehtimala görə, N.Seyidbəyli ürək çatışmazlığından ölüb.