adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2014 21:31
9607
SİYASƏT
A- A+

Partiya sədri müxalifətin tədbirində aranı qatdı

Müxalifətin ADP qərargahında keçirdiyi konfransda gərginlik yaşanıb. Adalet.az xəbər verir ki, gərginliyin səbəbkarı Vəhdət Partiyasının sədri Tahir Kərimli olub. O, müxalifətin toplantısında elə müxalifəti hədəf seçib. Bu da müxalif cəbhədə olanların narazılığına səbəb olub. 

T.Kərimli çıxışında müxalifəti qınayıb. O, "Müsavat" başqanı və digərlərinin çıxışlarına nöqsan tutub. T.Kərimli müxalifətə sual verib ki, niyə xalq sizi dəstəkləmir?  "Vəhdət" sədri bildirib ki, ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? 

T.Kərimliyə cavab verən İsa Qəmbər isə xalqın hər zaman müxalifəti dəstəklədiyini söyləyib.

Bunun ardınca isə konfransda iştirak edən sıravi üzvlər Tahir Kərimlini iqtidara işləməkdə günahlandırdılar. Toplantıda qısa müddətlik qarışıqlıq yarandı. Toplantının sonuna kimi çıxış edən bütün siyasətçilər T.Kərimliyə "söz atmağa" başladılar. "Vəhdət" sədrinin nə qədər gərgin olması onun üzündən, hərəkətlərindən aydınca hiss olunurdu.