adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Sentyabr 2014 20:45
4828
MƏMLƏKƏT
A- A+

Akademiyada yeni təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr və struktur islahatları davam etdirilir. Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun yeni nizamnaməsi və strukturu təsdiqlənib.   Bu barədə  AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Məlumatda bildirilir ki, akademiyanın Kimya Elmləri Bölməsinin tabeliyində olan qurum əvvəllər Kimya Problemləri İnstitutu adı ilə fəaliyyət göstərirdi. Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə adı dəyişdirilib.   Rəyasət Heyətinin növbəti qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsinin icrası akademik İradə Hüseynovaya həvalə edilib. Texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev isə Kibernetika Xüsusi Konstruktor Bürosunun  direktoru vəzifəsinə təyin edilib.