adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2014 20:03
3808
SİYASƏT
A- A+

Deputat əmək haqqından gileyləndi

Millət vəkillərinin aylıq əmək haqqları 1950 manat təşkil edir.

İnsanlar çox zaman deyir ki, pensiyam mənə çatmır. Mən də sizə deyirəm ki, heç mənim aldığım maaş mənə çatmır. 

Bunu İnterAz-a millət vəkili Hadı Rəcəbli deyib. O, bildirib ki, maaşım orta pensiyadan 5 dəfə çox olsa da, bunun kifayət etməməsi bir reallıqdır. Bunu səbəbi odur ki, tələbatla təminat düz mütənasib deyil. İnsanlar təmin oluna oluna, onların tələbatı da artır.

"Odur ki, təqaüdçülərin pensiya ilə bağlı iradları həm də, tələbatlarının artması ilə bağlıdır. Razıyam, pensiyalar bir az çox olsa yaxşı olar. Amma pensiya artdıqca bazarda qiymətlər də dəyişir, bunu da nəzərə almaq lazımdır” - deyə H. Rəcəbli söyləyib.

Qeyd edək ki, hazırda millət vəkillərinin aylıq əmək haqqları 1950 manat təşkil edir.