adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Sentyabr 2014 16:52
3951
MƏMLƏKƏT
A- A+

BDU-da IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq başladı

Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərinin müzakirə edilməsi məqsədi ilə fakültə dekanlarının iştirak etdiyi iclas keçirilib. 


Adalet.az-a daxil olan məlumata görə, iclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Rusiya Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunan Forumun əhəmiyyətindən danışıb. 

Məlum olub ki, dəyirmi masada "Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, "Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və "Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub. Bununla bağlı BDU-da altı nəfərdən ibarət xüsusi qərargahın yaradıldığını deyən rektor əlavə edib ki, qərargah üzvləri xarici ölkələrdən dəvət edilən və bu Dəyirmi masa üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb. O da məlub olub ki, bu günə qədər bu Dəyirmi masada iştirak etmək üçün 25 xarici ölkə nümayəndəsi qeydiyyatdan keçib. Dəyirmi masada İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcək. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi bu il də universitet alimlərinin inovvativ tədqiqatlarla bağlı Nobel mükafatçıları qarşısında çıxışları planlaşdırılır.