adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Sentyabr 2014 16:25
6763
MƏMLƏKƏT
A- A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasda AMEA prezidenti Akif Əlizadə "Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı "Əsrin müqaviləsi” və Azərbaycanda fundamental elmlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

Onun sözlərinə görə, yeni imzalanan müqavilə ilə Azərbaycanın inkişaf proqnozu müəyyən edilib, xarici təşkilatların, şirkətlərin hamısını bir məqsədə gətirib çıxara bilib: "Əsrin müqaviləsi” 20 sentyabr 1994-cü ildə bağlanıb və bu günə kimi 50-dən artıq neft şirkəti Azərbaycan neftinin istehsalında iştirak edir. Azərbaycan neftinin ikinci bumuna 65 milyard dollar vəsait qoyulub. "Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan neft sənayesi yeni bir intibah dövrünü yaşamağa başlayıb. Bundan əlavə, neft sənayesi ilə bağlı olan elmlər inkişaf edib”.

İclasın davamında AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva "Müstəqil Azərbaycanın Şərq siyasətinin formalaşmasının elmi-nəzəri problemləri və onların həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

İclasda həmçinin bəzi elmi-təşkilatı məsələlər müzakirə edilib. Belə ki, akademik Vaqif Fərzəliyev "AMEA-nın 70 illik yubileyi ilə əlaqədar proqramın icrası”, akademik Rasim Əliquliyev AMEA-nın gənc ali və mütəxəssislər şurasının illik fəaliyyət planı, akademik Əhliman Əmiraslanov AMEA-nın Botanika İnstitutunda "Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası və Mərkəzi Nəbatat Bağında "Biomüxtəliflik və iqlim dəyişkənliyi” beynəlxalq laboratoriyasının yaradılması barədə məlumat verib.