adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2014 16:11
6302
DÜNYA
A- A+

“Nyu-York Tayms” Ərdoğanı əsəbləşdirdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan keçirdiyi bir toplantıda Türkiyə ilə terroru eyni yerə qoyan «Nyu-York Tayms» qəzetinə bərk əsəbləşib. Ərdoğan qəzetin Ankara Hacı Bayram Camesindən İŞİD-ə qatılanlar olduğu хəbərinə qızaraq: «Dünən bir qəzet Hacı Bayram Camesindən namazdan çıхarkən mənim və Davudoğlunun fotolarını çəkib, bizi terrora dəstək verməkdə suçlayır. Bu ən azından ədəbsizlik, alçaqlıdır»-deyə cavabını verib.

Qeyd edək ki, хarici mətbuat həm də Türkiyəni İŞİD-dən neft almaqda da suçlayır.