adalet.az header logo
  • Bakı 18°C
17 Sentyabr 2014 15:18
3970
GÜNDƏM
A- A+

Monitorinq insidentsiz başa çatıb

Cəbhə xəttində keçirilən növbəti monitorinq də insidentsiz başa çatıb. Adalet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 17-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq baş tutub.

Goranboy rayonu Gülüstan kəndi yaxınlığında təmas xəttində keçirilən monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim , qarşıtərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer izləyib.