adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2014 15:09
8204
KRİMİNAL
A- A+

Laçın sakinindən silah-sursat götürülüb

Laçın rayon sakinindən nömrəsi silinmiş "Makarov” markalı tapança və vasitələri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, sentyabrın 16-da Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Yusif Hümbətovdan nömrəsi silinmiş "Makarov” markalı tapança, 2 ədəd patron və 1 patron darağı götürülüb.

Qeyd edək ki, Y.Hümbətov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.