adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Sentyabr 2014 14:44
11225
MARAQLI
A- A+

Zibil deyib atmayın

Məətdə istifadə etdikdən sonra zibil yeşiyinə "ünvan"ladığımız tullantıların necə yararlı olduğunu bilirdinizmi? Elə isə aşağıdakıları diqqətlə oxuyun ki, növbəti dəfə zibil qutusunun qapağını qaldırmadan öncə həmin "tullantı"lardan yararlana biləsiniz:

İstifadə olunmuş qəhvə çöküntüsü – həftədə bir dəfə saç kreminə qarışdırıb başa yaxanda, saçların parlaqlığını artırar.Xırda doğranmış qozla qarışdıranda üz üçün yaxşı pilinq əldə etmək olar.

Portağal qabığı – böcəklərə qarşı olduqca təsirlidir. Qabıqları qırıntı şəklində evin künc-bucaqlarına yerləşdirsəniz böcəklərdən xilas ola bilərsiniz.

Banan qabığı – bu da böcəklərə qarşı çox effektlidir. Amma ən əsası dəriyə sürtəndə qaşınmanın qarşısını alır. Üstəlik, ayaqqabıları da parıldatmaqda banan qabığından istifadə etmək olar.

Alma qabığı -qurumuş alma qabıqlarından çox yaxşı çay hazırlana bilər. Bundan başqa aliminium səthlərdəki ləkələri də aparmaqda əvəzsizdir. Təzə qabıqları 5-10 dəqiqə üzdə saxladıqda yorğunluğu götürər və dərini təzələr.

Xiyar qabığı – üzdəki ləkələrin təmizlənməsi üçün faydalıdır. Eyni zamanda, güzgü və şüşələrdəki ləkələri də təmizləməkdə "usta”dır. Laklı çəkmələri və mebelləri də parıldadır.