adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Canlı Ədəbiyyat

15639 | 2007-09-29 07:54
Bu dəfə canlı-canlı izlədiyimiz sənətkarın böyüklüyünə "münasibət bildirməyə haqqımız çatır kimi real xülyalara şansımız var" deyə düşünüb Rasim Balayevdən yazıram. C. Cabbarlının aktyor haqda dediyi cümlə qədər dəqiq ifadə oluna bilməz bir sənət. Rasim Balayev obrazını beynimdə hissələyərkən həmin cümlə yadıma düşdü. "Aktyor canlı ədəbiyyatdır".
   
   Moem "Teatr" əsərində iki cümlə ilə aktyorluq nəzəriyyəsinin proqramını yazıb. "Aktyor rolda təbii olmamalıdır, təbii görünməlidir. "İlahi, nə dəqiq ifadə olunmuş fikirdir və necə də Rasimə uyğundur. O, heç vaxt özünü oynamır. O, ruh kimi yaratdığı obrazlara hopur. Və çəkilişdən sonra bu obrazların cildindən çıxır. Yenə də Rasim olur.

TƏQVİM / ARXİV