adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ceyms Bondu Bakıda yerə yıxıb eşşək kimi döyüblər

AQİL ABBAS
172037 | 2014-09-17 14:14

Ceyms Bondun filmlərini izləməsəmdə bilirəm ki, dünyada ən çox maraq göstərilən filmlərindən biridir. Amma onuqeyd etmək istəyirəm ki, Ceyms Bond və onun ifaçısı dünyanın 10-15 görkəmli aktyorlarındansayılır. Və onun çox ciddi, düşündürücü filmlərini izləmişəm və izləyirəm.

Ceyms Bondun son filmlərindən biri keçənlərdə İstanbulda çəkilmişdi.Adətən həm rejissor, həm də Ceyms Bondunifaçısı Pirs Brosnan dünyanın müxtəlif şəhərlərini, ölkələrini gəzir vəçəkəcəkləri yeni film üçün təbii məkanlar axtarırlar.

Pirs Brosnan Bakıya niyə gəlmişdi, bilmirəm. Yenifilmi üçün məkanmı axtarırdı, yoxsa qeyri-adi sürətlə inkişaf edən və dünyanınən gözəl şəhərlərindən birinə çevrilməkdə olan Bakınımı görməyə gəlmişdi,Azərbaycan xalqınımı tanımaq istəmişdi, nə isə…

Bakıdan gedəndən sonra Azərbaycan haqqında çox xoş vəmaraqlı fikirlər söyləyib: «Xatırlayıramki, bazar ertəsi günü yuxudan oyandım, həyat yoldaşımla sağollaşaraqAzərbaycana getdim. Yadımdadır ki, orada hər yerdə neft buruqları gördüm, bumənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox isti qarşıladılar.Azərbaycandan çoxlu kürü hədiyyəsi ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neftburuqları vardı. Bunlar hamısı bizimfilm üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsindədadlı yemək süfrələrini xatırlayıram».

Dünyanın ən məşhur insanlarından biri kiçik birabzasda Azərbaycan haqqında, azərbaycanlılar haqqında, Azərbaycan yeməklərihaqqında xoş və isti sözlər söyləyir.Təbii ki, bu Azərbaycanın və azərbaycanlıların reklamı üçün çox vacibdi.

Əgər o, bu fikirləri Ermənistan haqqında, ermənilərhaqqında, ermənilərin süfrələri haqqında söyləsəydi yəqin ki, qonşularımız onuplakatlaşdırıb İrəvanın və Ermənistanın onlarla ən gözəgəlimli yerlərindənvurmuşdular.

Amma biz onun bu xoş sözlərindən tam əksinə istifadəetdik. Müxalif qəzetlərin birində dərhal onun dediyi sözlərə Azərbaycanınnüfuzuna xələl gətirə biləcək don və donlar geyindirdilər.

Dünyanın hər yerində qonağın göz üstə yeri var, xüsusiləAzərbaycanda. Qonağa da hədiyyələr verirlər. Təbii ki, hədiyyələr də həminölkənin, həmin xalqın öz matahı olur. Pirs Brosnana kürüdən yüz dəfə bahalı«Roliks» saat bağışlasaydılar, çox gülməli olardı. Yaxud da ki, bahalı birAmerika maşını.

Azərbaycana gələn qonaqlara adətən xalça, öz sənətkarlarımızınhazırladığı milli qılınc, xəncər, Lahıc misgərlərinin hazırladığı müxtəlif əşyalar və təbii ki, həm də dünyadaən məşhur Xəzər kürüsü hədiyyə edilir. Fikirləşiblər ki, Ceyms Bonda nə hədiyyəetsinlər – kürü hədiyyə ediblər. Yəni Azərbaycanın öz matahını. Amma biz ona nədon geyindiririk?

Bəlkə Pirs Brosnanı isti qarışlamayaydıq, əksinəBakının ortasında yerə yıxıb eşşək kimi döyəydik, o da ağzı-burnu əzilmiş haldaqayıdardı Hollivuda. Dünya mətbuatı da yazardı ki, Pirs Brosnanı Bakıda yerəyıxıb eşşək kimi döyüblər. Xoşunuza gələrdi?


TƏQVİM / ARXİV