adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2014 01:47
10040
LAYİHƏ
A- A+

Lerik - dağların gözəl diyarı

Son vaxtlar inkişafı göz önündə olan Lerik rayonunun 2014-cü ilin birinci yarısı üzrə yerli gəlir proqnozu 970,3 min manata qarşı 1042,4 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün respublika büdcəsindən alınmış dotasiya proqnozu 7700 min manata qarşı 7400 min manat, cəmi gəlirlər 8500 min manata qarşı 8500 min manat icra edilmişdir.
2014-cü ildə kənd təsərrüfatı məhsulları 2003-cü ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 38225,7 min manata, sənaye məhsulu 6,9 dəfə artaraq 712,3 min manata, rabitə xidmətinin həcmi 3,3 dəfə artaraq 417,3 min manata, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 2,7 dəfə artaraq 2703,5 min manata yüksəldilmişdir. Göstərilən ticarət xidmətlərinin həcmi 3,7 dəfə artaraq 13455 min manata, pərakəndə əmtəə dövriyyəsi 4,4 dəfə artaraq 860,7 manata, adambaşına düşən pullu xidmətlərin həcmi 6,1 dəfə artaraq 162,4 manata, tikinti-quraşdırma işlərinin həcmi isə 196 dəfə artaraq 27746 min manata çatmışdır.
Cənab Prezidentin tapşırığına uyğun olaraq, imtiyazlı kateqoriyadan olan şəxslər, şəhid ailələri və Qarabağ əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları, əlilləri, Çernobıl əlilləri, imkansız ailələr daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Cənab Prezidentin qayğı və diqqəti ilə rayonda inşa edilmiş kommunal mənzillər növbəlilik əsasında Qarabağ əlilləri və şəhid ailələrinə verilmiş, kəndlərdə Qarabağ müharibəsi əlillərinə fərdi mənzillər tikilmişdir. 30-dan yuxarı Qarabağ müharibəsi əlili fərdi avtomobillərlə təmin edilmişdir. Bütün milli və dini bayramlarda bu kateqoriyadan olan vətəndaşlara maddi yardım və ərzaq bağlamaları verilmiş, onlarla tez-tez görüşlər təşkil edilmişdir. Şəhid və Qarabağ əlillərinin ailələri üçün toy mərasimləri keçirilmiş, gənc ailələr məişət avadanlıqları, mebellərlə təmin edilmişlər.
Vəfat etmiş Böyük Vətən və Qarabağ müharibəsi əlillərinin, şəhid valideynlərinin hüzr mərasimlərinin keçirilməsi rayon icra hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılmış və mərasimlər təşkil edilmiş, vəfat etmiş şəxslərin məzarları götürülmüşdür.
Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 1544 nəfərə ünvanlı dövlət sosial yardımı, 3144 nəfərə isə sosial müavinət ödənilir. Keçən altı ay ərzində mərkəzə 512 nəfər vətəndaş ünvanlı dövlət sosial yardım təyinatından ötrü rəsmi olaraq müraciət etmiş, 322 nəfər vətəndaşa yardım təyinatı aparılmışdır.
Rayonda ağac əkini, yaşıllıqların salınması və qorunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Lənkəran-Lerik avtomobil yolunun kənarlarında, ərazilərdə yeni ağaclar əkilmiş, mövcud ağacların qorunması diqqətdə saxlanılmışdır. Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən keçən altı ay ərzində 11 hektar sahədə 18150 ədəd ting əkilmiş, 19 hektar sahədə isə 3040 kiloqram palıd toxumu səpilmişdir.
Keçən vaxt ərzində Lerikin mədəni və ictimai həyatında da bir sıra yaddaqalan tədbirlər həyata keçirilmişdir. Xalqımızın milli bayramları, yeni il şənlikləri, Heydər Əliyevin anadan olmasının 91 illiyi, Respublika günü, 15 iyun Qurtuluş günü, ayrı-ayrı təşkilatlarda çalışanların peşə bayramları ictimaiyyət nümayəndələrinin, rayon ağsaqqallarının və sakinlərinin iştirakı ilə baş tutmuşdur. Görkəmli lerikli, şair-publisist Ağacəfər Həsənlinin 60 illik, əmək veteranı Ataxan Ağayevin 90 illik, 3 şöhrət ordenli, müharibə iştirakçısı Əli Hüseynovun 95 illik yubileylərinin keçirilməsi rayon ziyalılarına, ağsaqqallarına, rayonun inkişafında və tanınmasında müstəsna xidmətləri olan insanlara göstərilən diqqət və qayğının nəticəsidir.

Yaxın keçmişə qısa səyahət

Son illər kifayət qədər inkişaf edən rayonla bağlı ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlarda nəzərdə tutulan 44 bənd üzrə tədbirlər əsasən uğurla icra edilmişdir.
I Dövlət Proqramının icrası ilə bağlı rayonda 4754, II Dövlət Proqramının icrası ilə bağlı isə 4369, ümumilikdə isə 9123 yeni iş yeri yaradılmışdır ki, yaradılan iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2005-ci ildə rayona tarixi səfəri Lerikin inkişafının təməlini qoydu. 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edən cənab Prezident rayon sakinləri ilə görüşərkən dediyi: "Hər dəfə gələndə istəyirəm ki, yenilik görəm, abadlıq görəm, inkişaf görəm" sözləri rayonun yeni inkişafının başlanğıcı kimi sakinlər tərəfindən birmənalı şəkildə qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2006-cı il tarixdə rayona səfərində Lerik rayonuna qazın verilməsi, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhər tam orta internat məktəbinin əsaslı təmirdən sonra açılışı, "Relax" turizm-istirahət əyləncə mərkəzi ilə tanışlıq, 25 iyun 2010-cu il tarixində Heydər Əliyevin abidəsinin, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev parkının, Uzunömürlülər muzeyinin, Qarabağ və Böyük Vətən müharibəsində həlak olan leriklilərin xatirəsinə ucaldılmış abidə kompleksi və parkın, təmir edilmiş rayon mərkəzi xəstəxanasının, rayon mədəniyyət şöbəsi və rayon uşaq incəsənət məktəbinin açılışı ilə yadda qalmışdır.
Azərbaycan Respublikası Prezidentinin rayona tarixi səfərləri Lerikin dinamik və stabil inkişafına təkan olmuşdur. Artıq bütün sahələrimizdə uğurlar müşahidə olunmaqdadır. Lerik şəhəri daxil olmaqla 38 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 2011-ci ildən başlayaraq 10-dan yuxarı kənddə qazlaşma işlərinə başlanılmışdır. "Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır". Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi bu fikirlər onu deməyə əsas verir ki, rayon sakinlərini narahat edən ərazilərin qazlaşması qısa müddət ərzində sona çatacaq, bütün yaşayış məntəqələri qazlaşdırılacaq, rayonun məişəti yeni mərhələyə qədəm qoyacaq, təbiəti qorunacaqdır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına 4 məktəb binası, dövlət vəsaiti hesabına 21 məktəb, 2 həkim məntəqəsi, Qarabağ əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli kommunal və 12 fərdi yaşayış evi, rayon sakinləri üçün 18 mənzilli yaşayış evi, rayon icra hakimiyyəti, qaz istismarı idarəsi, DSMF-niun rayon şöbəsi, ƏSMM, baytarlıq idarəsi, statistika idarəsi üçün inzibati idarə binaları, vergi ödəyicilərinə xidmət terminalı, 12 poçt və 6 ATS binası, 5 sahə baytarlıq məntəqəsi, "Azercell" ekspress ofisi inşa edilmişdir.
(ardı gələn sayımızda)

Səxavət Məmmədli
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun  maliyyƏ yardımı ilƏ