adalet.az header logo
  • Bakı 19°C
17 Sentyabr 2014 11:10
9923
ŞOU-BİZNES
A- A+

Di Kaprio BMT səfiri təyin olundu

Hollivud ulduzu Leonardo Di Kaprio məsul vəzifəyə təyin edilib. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor BMT-nin planetin iqlim məsələləri üzrə səfiri seçilib. Bununla bağlı açıqlama verən təşkilatın baş katibi Ban Ki Mun ona güvəndiklərini bildirib. O deyib ki, Di Kaprio ətraf mühitin müdafiəsi məsələsində BMT-nin güvəndiyi şəxsdir.

Məşhur aktyor ona bu ciddi vəzifənin verilməsindən şərəf duyduğunu və problemlə mübarizə aparacağını bildirib.

Qeyd edək ki, BMT-nin dünya ulduzlarına məsul vəzifə verməsi artıq təəccüb doğurmur. Digər ulduz Anjelina Joli də xoşməramlı səfirdir. BMT məşhurların nüfuzundan faydalanaraq ictimaiyyətin diqqətini daha çox bəşəri problemlərə çəkmək istəyir.